Ermənistan Xarici İşlər nazirliyinin bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədini güdür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Qəti surətdə bu xəbəri təkzib edir və bildiririk ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur", - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.