Ermənistan elan edilən humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın rəsmi Tvitter hesabında deyib.
O bildirib: “Ermənistan elan edilən humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir. Xocalıda etdiyi kimi qadın, uşaq, qoca, dinc əhaliyə qarşı cinayətlər törədir. Bu hüquqsuzluq və qətliamlar cavabsız qalmayacaq. Kim nə deyirsə desin, Türkiyə sonadək Azərbaycanın yanındadır”.