Türkiyənin vitse-prezidenti: Ermənistan dinc əhalini atəşə tutaraq çirkin simasını bir daha göstərdi
Ermənistan dinc əhalini atəşə tutaraq çirkin simasını bir daha göstərdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay rəsmi "Twitter" hesabında deyib.
O bildirib: “Hərbi cinayət törədən terrorist və işğalçı Ermənistan dövləti Gəncədə qadın, uşaq, yaşlı fərqi qoymadan yenə günahsız, dinc sakinlərə atəş edib və çirkin simasını bir daha göstərdi. Bunun adı şərəfsizlik, qorxaqlıq, haqq-hüquq tanımamazlıqdır” .