Ermənistan müharibə cinayəti törətməyə, mülki şəxsləri öldürməyə davam edir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, Ermənistan uşaq-qadın demədən məsum insanları öldürür. Bu cinayətlərə səssiz qalmaq, bu cinayətlərə ortaq olmaq deməkdir. İnsanlıqdan xəbəri olmayanlar bu cinayətlərin hesabını verəcək: "Can Azərbaycan, daim yanındayıq".