Prezident İlham Əliyev: Biz onların cavabını döyüş meydanında veririk, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq

A- A A+

Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində bildirib.

Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı soydaşlarımıza şəfalar diləyən dövlətimizin başçısı deyib: “Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır və bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz”.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq müharibə cinayətidir və onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhid olan günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bu amal ətrafında bütün Azərbaycan xalqı birləşib və bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: