Ermənistan ordusunda parçalanma başlayıb: Əsgərlər özbaşına mövqeləri tərk edirlər - YENİLƏNİB - VİDEO
Ermənistan Silahlı Qüvvələrində əsgərlər arasında əmrlərə tabe olmama başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi məlumatına görə, Ermənistan Sİlahlı Qüvələrinin hərbçiləri artıq döyüşmək istəmirlər və mövqeləri özbaşına tərk edirlər.
Videodan da açıq göründüyü kimi, ermənilərdən biri digərlərini günahlandıraraq niyə döyüş mövqeyini tərk etdiklərini soruşur. Onlardan izahat tələb edir. Bu fakt Ermənistan ordusunda ciddi itaətsizliyin başlandığını göstərir.
Erməni hərbçilər arasında başlanan söyüşlü mübahisə daha sonra davaya çevrilib.
Həmin görüntüləri sizə təqdim edirik: