Bu gün dünyada 15 aylıq körpələri 1,5 tonluq ballistik raketlərlə hədəfə alan ikinci bir faşist dövlət tapmaq çətindir. Artıq bir neçə dəfədir ki, Gəncəyə və digər böyük şəhərlərimizə uzunmənzilli ballistik raketlərlə gecə vaxtı - insanların öz isti ocaqlarına yığışdıqları zaman xain hücumlar təşkil edən Ermənistan rəhbərliyi 1905-1907, 1918-1920-ci illər soyqırımlarını, 1992-ci ilin Xocalı soyqırımını müasir formada davam etdirir. Səbəb isə çox sadədi:
- Erməni xislətinin terrorçu mahiyyəti və Ermənistan hərbi-siyasi rəhbərliyinin, Ermənistan ordusunun cəbhədəki ağır məğlubiyyətləri;
- Münaqişə bölgəsinə üçüncü tərəfləri cəlb etmək istəyi;
- İntiqam atəşində qovrulan erməni xalqına cəbhədəki uğursuzluqların təskinliyini vermək;
- Azərbaycanda bu yolla daxili sabitliyi pozmaq və xaos yaratmaq;
- Və bu yolla bizi öz məqsədimizdən: Qarabağı azad etmək amalımızdan uzaqlaşdırmaq!
Amma nədənsə ermənilər unudur ki, artıq Azərbaycan 90-cı illərin əvvəllərindəki zəif, silahsız, ordusuz, lidersiz, böyük okeanda tənha qalan gəmi deyil.
Gəncəyə bugünkü şərəfsiz raket hücumundan sonra Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Füzuli şəhərinin və onun kəndlərinin işğaldan azad edildiyini açıqladı. Ardınca ordumuz düşmənin S-300 zenit raket kompleksini, Su-25 təyyarəsini məhv etdi. Daha sonra isə ağır artilleriya və PUA-larımız düşmən əsgərlərini topa-topa darmadağın etdi. Videokadrlardan saydım, tək bu gün endirilən zərbələrlə azı 200 düşmən əsgəri layiq olduğu yerə-cəhənnəmə göndərildi. Onların arasında yüksək rütbəli polkovnik və hərbi hissə komandirləri də var. Beləliklə, heç bir saat keçməmiş Gəncə qətliamının qisası alındı və bu qisas amansızlıqla davam edir. Əsgərlərimiz düşməni iti qovan kimi onun-bunun dabanını yalayan Paşinyanın yanına qovur, artilleriya və hava hücumundan müdafiə sistemlərini, silah-sursat anbarlarını darmadağın edir; Ukraynalı və rus hərbi ekspertlərin dediyi kimi, döyüş meydanında əsl şou göstərirlər. 21-ci əsrin müharibəsini xüsusi peşəkarlıqla aparırlar.
“Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur, bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da həlak olub, mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanında qisasımızı alırıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanı yerdə qalmır və qalmayacaqdır. Bir daha Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, qalan torpaqlardan öz xoşu ilə çıxsın. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin!”, - deyən dövlət başçısı Şuşada içkili vəziyyətdə rəqs edib yallı gedən saqqallı təlxək Paşinyanı və onun sınıq arabaya bənzəyən ordusunu, oğurluq ata bənzəyən əsgərlərini bu gün bir daha torpaqlarımızdan öz xoşu ilə rədd olmağa dəvət etdi.
Bu konteksdə maraqlı cəhət odur ki, görəsən, nə üçün özlərini sülh və demokratiya beşiyi sayan, 30 ildir işğala və terrora göz yuman, hər vəchlə Ermənistanı silahlandıran, kökəldib harınladan, barıt çəlləyinə döndərən dövlətlərin heç birindən səs çıxmır? Niyə Rusiya, Fransa, ABŞ, Yunanıstan kimi “sülh mələkləri” Gəncə terroruna səssiz qalırlar? Səbəb sadədi: Heç kəs öz ayranına turş demək istəmir... Axı bugünkü terrorçu Ermənistan onların öz əsəridir... Torpaqlarımızı istila edənləri də, burada “Erməni vilayəti” yaradanları da, İrəvanı, Zəngəzuru ermənilərə pay-püş edənləri, Naxçıvanı Azərbaycanın əsas ərazisindən ayrı salanları da biz yaxşı tanıyırıq...
Ancaq indi müzəffər Azərbaycan ordusu bütün dəngələri dəyişir, ədaləti bərpa edir, Vətənimizi xilas edir... 200 ildir itirə-itirə gəlirik, lakin Prezidentimiz və ordumuz göstərir ki, artıq qazanmaq, ermənilərin 2 əsrdir qurduğu planları, yaratdıqları mifi dağıtmaq vaxtıdır. Prezidentimiz və ordumuz həm də nə vaxtsa doğma balalarımızın bizim qəbrimizin üstünə utana-utana gəlməyinin də üstündən xətt çəkir. Bizi özümüzə inandırır, bizi bizə qazandırır və beləliklə özlərinə hər birimizin qəlbində Qarabağ boyda bir abidə ucaldırlar!
İndi Azərbaycanın hər bir kəndində şəhid məzarları ucalır. Onlar bizim qibləmiz, pirimiz, səcdəgahımızdır. Qana qan, cana can olan bu oğulların ruhu Vətən göylərində əbədiyyətə ucalıb. Qoy düşmən bilsin ki, 10 milyonluq Azərbaycan xalqı 5 milyon da qalsa, hər qarış torpağını geri alacaq. Bu gün uşaqdan böyüyə hər bir kəs müsəlləh əsgərdi, ehtiyatda olan könüllüdü, çavuşdu, gizirdi, polkovnikdi, generaldı. Öz tikəsini, suyunu, çörəyini öz əsgəri ilə bölüşən hünərvərdi, həqiqi VƏTƏNPƏRVƏRDİ! Amal və şüar birdir: Analar yenə igidlər doğacaq, amma Vətənin bütövlüyünə xain əllər uzanmamalıdır! Hamı bir nəfər kimi PREZİDENTİNİN və ORDUSUNUN arxasındadır.
Qarabağ Azərbaycandır!