Füzuli sakinlərinin qələbə sevinci - FOTOLAR

213

Şanlı Azərbaycan əsgərinin zəfər yürüşü davam edir. Hər gün cəbhədən gələn qələbə xəbərləri hər bir azərbaycanlını sevindirir. Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərini və ətraf bir neçə kəndin azad edilməsi xəbərini Füzuli sakinləri böyük sevinclə qarşılayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi AZƏRTAC-a istinadla xəbər verir ki, Horadizdə bir yerə toplaşan füzulililər əllərində üçrəngli dövlət bayrağımızı dalğalandıraraq bu sevinc dolu hisslərini paylaşıb, bir-birilərini təbrik ediblər.

Füzuli sakinləri Gəncə terroru qurbanlarının da xatirəsini yad edib, onların qisasının döyüş meydanında alındığını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: