Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Azərbaycana dəstəyini ifadə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Baş Nazir paylaşımda bildirib: “Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkələrinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramımızı bildiririk. Pakistan Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəkləyir”.