Bakıya məhz bu gün – oktyabrın 18-də - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə səfər etməkdən çox məmnunam.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop deyib.
Mustafa Şəntop Dövlət Müstəqilliyi Günü münasibətilə qardaş Azərbaycan xalqını təbrik edib.
TBMM-in Sədri Bakıya geniş tərkibdə nümayəndə heyəti ilə gəldiyini diqqətə çatdırıb.
Türkiyənin haqlı mübarizəsində Azərbaycanı dəstəklədiyini vurğulayan Mustafa Şəntop ölkələrimiz arasında “bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərin bənzəri olmadığını deyib. O, Türkiyə xalqının müstəqil Azərbaycan Respublikasının bayrağının ölkənin bütün torpaqlarında dalğalanması üçün dua etdiyini vurğulayıb.