Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

A- A A+

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla əlaqədar nazirliyin internet səhifəsində “Canım, gözüm, Azərbaycan!” adlı videoçarx yerləşdirilib.

Təbrik videoçarxında qeyd olunub: “İnanırıq ki, gələn il Müstəqillik Gününü zəfər sevinci və daha böyük coşqu ilə qeyd edəcəyik. Qardaşımız, canımız Azərbaycanımız, Müstəqillik Gününüz mübarək olsun. Dağlıq Qarabağı Ermənistan işğalından qurtarmaq üçün həyata keçirdiyiniz əməliyyatda qardaşlarınız olaraq yanınızdayıq və hər zaman da yanınızda olacağıq. Əbədiyyətə qədər bir millət, iki dövlət olaraq qalacağıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: