Prezident Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb
Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr - Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidentinin paylaşımında qeyd olunub: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.