Rəcəb Tayyib Ərdoğan: Ermənistan ikinci atəşkəsi də pozaraq Azərbaycana hücumlar etdi

A- A A+

Qarabağda yaşananlar bizə ayrı-seçkiliyin göz yaşlarından başqa bir nəticə gətirmədiyini göstərib. Biz elə buna görə azərbaycanlı qardaşlarımızın yanındayıq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnak təşkilatının konfransındakı çıxışında səsləndirib.

Minsk qrupunun fəaliyyətsizliyini sərt şəkildə qınayan Rəcəb Tayyib Ərdoğan deyib ki, azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparırlar. Bu, onların haqq işidir. “Rəbbim yardımçıları olsun. İnanıram ki, işğal altındakı bu torpaqları ermənilərdən qurtaracaqlar. İnşallah, bunu uğurla başa gətirsinlər”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Dövlət başçısı bildirib ki, ikinci dəfə atəşkəs elan olunsa da, Ermənistan yenə Azərbaycana hücum etdi. Avropa hələ də səsini çıxarmır, Türkiyə isə susmayacaq. Biz haqqın və haqlının yanındayıq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: