18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00:00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün rəsmi "Twitter" hesabında yazıb:
“5 bölgəyə 229 mərmi atılıb: Tərtərə 160, Ağdama 63, Goranboya 6;
- 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;
- 1 dron hücumu”.