Türkiyənin Malatya şəhərində Azərbaycana möhtəşəm dəstək proqramı təşkil olunub - FOTOLAR

A- A A+

Türkiyənin Malatya Böyükşəhər bələdiyyəsi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə və Milli Ordumuza dəstək məqsədilə geniş bədii proqram təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Bir millət, iki dövlət” şüarı ilə keçirilən tədbirdə vilayətin, eləcə də ölkədə fəaliyyət göstərən siyasi partiyaların Malatya təşkilatının rəhbərləri, azərbaycanlı tələbələr, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra ümummilli lider Heydər Əliyevin, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Malatya bölgəsində təhsil alan azərbaycanlı tələbələrin nümayəndəsi Fuad Həsənov, Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya Gənclər şöbəsinin başçısı Ömər Akın və Malatya Ülkü Ocaqları başçısı Bayram İşık çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin qorunması istiqamətində aparılan milli mübarizəni türkdilli xalqların milli tarixinin ən şərəfli səhifəsi kimi dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu Qarabağı düşməndən azad edəndən sonra bölgədə yeni bir həyat səhifəsi açılacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, birgə sərgilədikləri mətin siyasi iradə yüksək dəyərləndirilib.

Proqramın təşkilinə görə, Malatya Böyükşəhər bələdiyyəsinin Səlahəddin Gürkana səmimi təşəkkürlər ifadə edilib.

Çıxışlardan sonra möhtəşəm zəfər proqramları olub.

Qeyd edək ki, birlik və həmrəylik rəmzi olaraq Malatyanın küçə və meydanları Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: