Yaralanan erməni əsgərləri döyüşməkdən imtina edirlər

A- A A+

Qarabağdakı döyüşlərdə yaralanan erməni əsgərləri döyüşlərə geri qayıtmaqdan imtina edirlər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında professor Mels Mkrtumyan bildirib.

Onun sözlərinə görə, erməni əsgərləri müharibə dəhşətindən qorxublar və bu səbəbdən hərbi hospitallara əlavə olaraq psixoloqlar göndərilib:

“Hərbçilərin danışdıqlarından belə anlamaq olur ki, onlar bu anları həyatlarından silə bilməyəcəklər. Onlar dəhşət və qorxu içindədirlər”.

Psixoloq qeyd edib ki, hazırkı vəziyyət 90-cı illərdən tam fərqlidir: “Ordunun psixoloji vəziyyəti gərgindir. Onların bir çoxu müharibənin dəhşətindən xilas olmaq üçün sıralara qayıtmaqdan qəti şəkildə imtina edirlər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: