Düşmən, indi də Ordumuzun qarşısına qadınlarını çıxarır - Ermənistan MN miskin vəziyyətini etiraf edir
Qarabağın ətraf rayonlarında gedən şiddətli döyüşlərdə minlərlə itki verən Ermənistan ordusunun sıraları sürətlə seyrəlir. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, yerli və xarici müşahidəçilərin rəylərinə görə, 3 həftə ərzində düşmən ordusunun malik olduğu silah-sursatın, hərbi texnikanın üçdə birindən çoxu məhv edilib. Erməni mənbələri insan itkisini 7 mindən artıq ölü, 10 mindən artıq yaralı olaraq göstərirlər. Bu da Qarabağdakı bütün qoşunların 30 faizə qədəri deməkdir.
Qeyd edək ki, orduda başlayan fərarilik, gənclərin kütləvi şəkildə hərbi xidmətdən imtina etməsi də Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətdə qoyub.
İtkilərin yerini doldurmaq üçün müxtəlif vasitələrə əl atılır, xüsusən keçmiş hərbçilər, xaricdən muzdlu döyüşçülər orduya cəlb edilir. Bu işlə məşğul olanlardan biri - Paşinyanın partiyasından deputat Sasun Mikaelyan dünən gecə Azərbaycan Ordusunun açdığı top atəşi ilə yaralanıb.
Gənclərdən əlini üzən düşmən qadınları da döyüşlərə qatmaq üçün müxtəlif fəndlərə əl atıb. Onlardan biri barədə bu gün Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan özünün "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, Nari Suni və Nare Xlgatyan adlı şəxslər könüllü qadın dəstəsi yaradıblar, 100 nəfər artıq qeydiyyatdan keçən var. “Onlar, qızlarımız, bacılarımız bizim fəxrimizdir. Onlarla qalib gələcəyik", - deyə Ovannisyan bildirib.
Müdafiə Nazirliyi sözçücü bu paylaşımı ilə əslində ordunun düşdüyü miskin vəziyyəti etiraf edib. Maraqlıdır, erməni kişilərin meyitlərinin iyləndiyi çöllərdə Ovannisyan bir dəstə arvadla Azərbaycan Ordusuna necə qalib gəlməyi düşünür?