Erməni psixoloq: “Əsgərlərimiz müharibədən qorxur”

A- A A+

Erməni professor, psixologiya elmləri doktoru Mels Mkrtumyan etiraf edib ki, Ermənistan döyüşçüləri müharibədən qorxur.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, professor onların müharibənin dəhşətlərindən dərin stress keçirdiklərini vurğulayıb.

Mels Mkrtumyan 90-cı illərdə də yaralı erməni əsgərlərlə işlədiyini, hərbçilərin psixoloji vəziyyətindəki fərqlərin çox böyük olduğunu söyləyib:

“90-cı illərdə əsasən hərbçilərin güllə yaraları var idisə, indi onlar daha dərin qəlpə yaraları alırlar - bədənin hər yerində. Yəni ordunun psixoloji vəziyyəti fərqlidir. Müharibə iştirakçılarının çoxu 18-20 yaşında olanlardır. Onlar üçün müharibə daha ağırdır və bunu çox ağır yaşayırlar. Bəzi hərbçilər yaddaşını itirir, bununla da hadisələri bloklayırlar. Bu səbəblərə görə də yenidən cəbhəyə qayıtmaq istəmirlər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: