Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, düşmənin pambıq qəbulu və emalı məntəqəsini atəşə tutması nəticəsində ərazidə yanğın baş verib.
Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.