BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.
NUHÇIXAN İnformasiya Agentliyinin "TASS"a istinadən verdiyi məlumata görə, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri üzrə jurnalistlərə açıqlamasında deyib.
V.Nebenzya diqqətə çatdırıb ki, hazırda atəşkəs rejimini təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib.
O qeyd edib ki, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir.