Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.
Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.