Naxçıvan DTX ermənilərə dair yeni faktlar əldə etdi - VİDEO
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan ordusunun zabit və əsgərlərinin Qarabağda gedən döyüşlərdə düşdükləri acınacaqlı vəziyyəti və davamlı məğlubiyyəti əks etdirən yeni faktlar əldə edib. Təqdim olunan fakt və sənədlərdə, səs yazılarında işğalçı ölkə əsgərlərinin döyüş meydanındakı real vəziyyəti, baş nazir Nikol Paşinyandan və onun komandasından ciddi narazılıqlar ifadə olunur.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir: