Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, açıqlamada deyilir:
Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyatdan başqa bir şey deyil və bu məlumatın şərh olunmasına heç ehtiyac da yoxdur.
Bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır.