Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyində görüş keçirib - FOTOLAR

A- A A+

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti əsasında Ankara şəhərinə səfəri davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Türkiyə və AKP üzrə əlaqələndirici koordinatoru Ramil Həsənin rəhbərlik etdiyi heyətə Azərbaycan parlamentinin digər deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov daxildir.

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran ilə keçirilən görüşdə iki qardaş ölkənin beynəlxalq təşkilatlar və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz çərçivəsində birgə fəaliyyət imkanları müzakirə olunub. Vurğulanıb ki, Azərbaycan və Türkiyə həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılmasında hər iki ölkənin parlamentariləri ilə diplomatlarının koordinasiyalı fəaliyyəti səmərəli nəticə verər.

Görüşdə, həmçinin Milli Ordumuzun cəbhə xəttində qazandığı böyük uğurlar və Azərbaycanın haqq işində Türkiyənin verdiyi mənəvi dəstək yüksək dəyərləndirilib. Türk diplomatlarını amansızcasına qətlə yetirən erməni terrorçularının cinayətlərindən bəhs olunub, Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması istiqamətində görülən işlərin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: