Bu günlərdə Azərbaycan ordusu özünün zəfər tarixini yazır. İllərdir ki, həsrət qaldığımız o doğma yurd yerlərimiz düşmən tapdağından azad edilir. Ötən gün rəşadətli Azərbaycan ordusu tərəfindən düşməndən azad edilən Xudafərin körpüsü və ətraf əraziləri bizə bir daha necə bir möhtəşəm tarixə şahidlik etdiyimizi göstərdi.
Azərbaycan əsgərinin Xudafərin körpüsündən Ali Baş Komandana raport verməsini mətbuatdan izlədik. Səsində, məğrur duruşunda belə qələbə əzmi duyulan əsgərlərimizin “Qarabağ Azərbaycandır” çağırışı bizə əslində tarixin dərin qatlarından, evimizdən, yurdumuzdan səsləndi. Özü də ki, Xudafərinin səsi ilə...
Xudafərin udulsa da, udmaz səsini,
O, paslı bir ox deyildi-çıxdı yayından.
Qulağına daş yamansa Yer kürəsinin,
Dodaqları çat-çat olar daş harayından...
Adətən Naxçıvandan-Bakıya naxçıvanlılar demişkən “İran yolu” ilə gedərkən həsrətlə, nisgillə izləyirdim Xudafərini. Hər dəfəsində də Məmməd Arazın bu şeirini pıçıltı ilə öz-özümə deyirdim. Görəsən, nə vaxt Azərbaycan bayrağı bu körpüdən asılacaq? Elə hiss edirdim ki, hər dəfə bu yoldan keçən azərbaycanlıya Xudafərin həsrətlə baxır. “Üstümdə şahlar, şahənşahlar Qarabağ atları ilə keçmədimi?” deyir. “Tarixin yaddaşında nələrə şahid olmadım ki?” deyir. Nəhayət ki, bu haray, bu ah-nalə, Arazın yanıqlı səsi bizi haqqımız olan yerə apardı. İndi Xudafərin köksündə dayanan Azərbaycan bayrağına başına gələnləri danışır.
Tarixə şahidlik edən bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsü həm də simvolik abidə hesab olunur. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Azərbaycanın memarlıq məktəbinin bu əzəmətli abidələri dünyanın bir çox tarixçilərinin diqqətini cəlb edib. Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılan Xudafərin körpüsünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər də var.
Ən cəsarətli erməni toyuqdan cəsarətsizdir
Mənbəyi və mənşəyi bilinməyən dəyərlərə söykənərək yaşayan ermənilər tarixən yalançı, saxtakar, qorxaq bir millət olaraq yurdsuz, yuvasız formalaşıblar. Öz tarixçiləri belə özlərinin necə bir millət olduğunu dəfələrlə qeyd ediblər. Erməni tarixçisi Nalbanyan öz “millətinin” xislətini belə mənalandırıb:"Mən ermənilərin sakini olduğu bir neçə yeri gəzmişəm. Daima xalis ermənicə olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir". Yerinə yetirə bilmədikləri üçün var olduqları gündən işğalla, qəddarlıqla, oğurluqla, yaltaqlıqla cilddən-cildə düşməklə, onların portretini naxışlayan bir çox fikirləri təsdiqləməklə hələ də “yaşamağa” davam edirlər.
Başlatdığımız Vətən müharibəsində erməni quldurlarını susduran, neçə-neçə günahsız insanlarımızın qisasını alan Azərbaycan ordusu bu gün Şuşaya doğru mətin bir addımla gedir. “Biz onlara elə bir zərbə vuracağıq ki, onlar bir daha Azərbaycana boylanmağa cəsarət etməyəcəklər.”,- deyən Ali Baş Komandan və onun əsgərləri bu gün Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətdə qoyub, əslində Azərbaycan erməni xalqına öz kimliyini və öz əqidəsini bir daha xatırladıb. Puşkin deməli, “Sən qorxaqsan, sən köləsən, sən ermənisən.” Döyüş meydanında Azərbaycan əsgərini susdurmağa gücü çatmayan, Azərbaycan əsgərinin ayaq səslərini eşidib, silah-sursatını, döyüş bayrağını, yüzlərlə texnikalarını, ağır artilleriyalarını qoyub qaçan ermənilər, xaincəsinə teror əməlləri ilə dinc əhalini və şəhərlərimizi qanunsuz şəkildə atəşə tutur. Bax budur hiyləgər, kölə, terrorçu erməni reallığı...!
“Biz onların cavabını döyüş meydanında verəcəyik”, - deyən Ali Baş Komandan, cənab İlham Əliyev əslində 21-ci əsr müharibə nümunəsini bütün dünyaya göstərdi. Bizim işimiz haqq işidir deyərək, heç bir sivil vətəndaşa güllə atmadan, ədalət çərçivəsində, istifadəsi qadağan olunan silahlardan istifadə etmədən, öz doğma torpağımızdan erməniləri qovuruq. Biz öz topraqlarımızda, müqəddəs əsgərlərimizlə birlikdə evimizə - Qarabağımıza gedirik. Bax budur cəsarətli, mərd, köklü Azərbaycan reallığı...!
“Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib, dağıdıblar. Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”
Ali Baş Komandanın xalqına müraciətində söylədiyi fikirlər bir daha təsdiq edir ki, istər siyasət meydanında, istər yüksək tribunalarda, istərsə də döyüş meydanlarında güc Azərbaycanındır.
Sizi Füzuliyə dəvət edirəm.
Ötən gün Füzuli şəhəri və bir çox kəndləri işğaldan azad olunandan sonra yaşadığımız qürurlu anlar heç zaman yaddaşımızdan silinməyəcək. Həmin günü atam tələbə yoldaşı Mirzəli əmiyə zəng vurmuşdu. Əslən Dədəli kəndindən olan Mirzəli əmi mən artıq qaçqın deyiləm deyərək, telefonda sevincindən hönkür-hönkür ağlayırdı. Tez-tez işlətdiyi bir söz isə hələ də qulaqlarımdan getmir. “Sizi gələn yay Füzuliyə dəvət edirəm, doğma kəndimə dəvət edirəm.” Hələ tez-tez eşidəcəyik bu sözləri, bir milyondan çox qaçqın artıq qaçqın olmayacaq. Onlar öz dədə-baba yurdlarına qayıdır və qayıdacaq. Mətbuatda biz şahid oluruq ki, öz dədə-baba yurdları düşməndən azad edilən qaçqınlar, bütün qaçqın imtiyaz və hüquqlarından imtina edirlər. Bu gün Qarabağımız Azərbaycan əsgərinin ayaq səsləri ilə rahatlayır, Şuşa Laçına, Laçın Kələbəcərə, Kəlbəcər Qubadlıya səs salaraq deyir ki, yatma, bu gecə dağlarını Azərbaycan oğullarına sipər et. Gələn Azərbaycan əsgəridir...
P.S-Qarabağ atlarının belində gəzib ulu babalarımız bu torpaqları. Bu gün Qarabağ atları da bu yurda səs salıb, şahə qalxır. Axı, özgə atına minən tez düşər...
Mətin Kamal
Naxçıvan televiziyasının əməkdaşı