Serj Sarqsyan: "Orduda böyük itkilər var, ölənlərin sayı çoxdur" - “The Independent”

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Britaniyanın “The Independent” nəşrinə müsahibə verib və həmin müsahibəsində Prezident İlham Əliyevin öz xalqına Qarabağı qaytarmaq vədi verdiyini xatırladıb və Azərbaycan Ordusunun Qarabağda başlatdığı uğurlu hərbi əməliyyatları barədə də etiraflar etməyə məcbur olub.

“Onlar hazırda arsenallarında olan bütün növ silahlardan istifadə edirlər”, deyən sabiq erməni prezidenti müxtəlif vasitələrlə məğlubiyyətlərini gizlətməyə çalışsa da, bu onda alınmayıb.

Belə ki, erməni ordusunun hərbi bacarığa malik olduğunu deyən Serj Sarqsyan bütün bunlara baxmayaraq, növbəti etirafında deyib ki, Ermənistan ordusunun böyük itkiləri var. “Təəssüf ki, ölənlərin sayı çoxdur”, Sarqsyan bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: