"Paşinyanın növbəti addımı qaçmaq olacaq"
“Dağlıq Qarabağın da işğaldan azad edilməsi artıq bir neçə günün məsələsidir"
“Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi mümkün deyil”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu erməni əsilli rusiyalı kinorejissor Karen Şahnazarov deyib
“Qarabağın öz müqəddəratını təyin etməsi Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıdığı təqdirdə mümkün olacaq. Bu isə yalnız Ermənistan ordusu Bakıya daxil olduğu halda baş verə bilər. O da heç vaxt olmayacaq! Ermənilərin buna nə gücləri, nə də imkanları var. Odur ki, İrəvan, hər halda, kompromisə getməlidir və həmin kompromis çox ciddi olmalıdır”, - deyə o qeyd edib.
Şahnazarova görə, Qarabağ münaqişəsi Abxaziya və Cənubi Osetiyaya oxşamır.
“Anlamaq lazımdır ki, Qarabağ Azərbaycan Respublikasının bütün dövlətlər, o cümlədən Ermənistanın özü tərəfindən rəsmi olaraq tanınan ərazisidir. Buna görə də Ermənistan rəhbərliyi bu məsələnin həlli uğrunda ən müxtəlif variantları nəzərdən keçirmək üçün özündə güc tapmalıdır”, - o əlavə edib.
Şübhəsiz, Nikol Paşinyan öz xalqına sərt gerçəyi nə qədər tez çatdırsa, kapitulyasiya vəziyyətini ona nə qədər tez açıqlasa, erməni xalqının iztirabları və mənasız itkiləri də azalar.
“Azərbaycan Ordusunun bir güclü hücumundan sonra işğal edilmiş bütün ərazilər azad olunacaq”.
Bunu isə rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin döyüşmək üçün demək olar ki, heç nəyi qalmayıb: “Dağlıq Qarabağ və ətrafdakı rayonların işğaldan azad edilməsi artıq bir neçə günün məsələsidir. Nikol Paşinyan döyüş meydanında və siyasi məkanda uğursuzluqlarını görüb, nasist babası kimi hərəkət etməyə qərar verdi. Adolf Paşinyan dinc şəhərlərə atəş açmaq əmrini verib ki, Azərbaycan ictimaiyyətində heç olmasa panika yaransın. Amma bu da baş tutmadı. Bu qanlı hadisələr Azərbaycan xalqını daha həmrəy etdi. Paşinyan isə yalnız dünya tərəfindən tənqid olundu. Erməni liderin növbəti addımı qaçmaq olacaq”.