Paşinyan bütün əhalini özünü müdafiə dəstələri yaratmağa çağırıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edərək özünümüdafiə dəstələrinin yaradılmasını tapşırıb.
Paşinyanın bu çağırışı artıq məğlubiyyətin açıq etirafıdır. Ermənistan ordusunun bütün gücünü itrdiyini anlayan Paşinyan son variant olaraq əhalini silahlandıraraq Azərbaycana qarşı vuruşmağa təhrik edir.