Paşinyanın “Qarabağ məsələsinin diplomatik həlli yoxdur” açıqlaması Ermənistanın əsl niyyətini ortaya qoymaqdadır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın “Twitter” hesabında yazıb.
İ.Kalın fikirlərinə belə davam edir: “Kimin müharibə istədiyi bəllidir. Bu hal Türkiyənin və Azərbaycanın haqlı olduğunu təsdiq edir. Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək”.