Ermənistan çoxdan Rusiya əleyhinə siyasət yürütməyə başlayıb. Qadınların kişilərdən daha yaxşı döyüşdüyü bu kiçik, lakin hərbləşmiş ölkənin prezidentinin NATO ilə danışıqlar aparmaq üçün Brüsselə səfəri təəccüblü deyil.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan prezidenti Armen Sarkisyanın Brüsselə səfərini şərh edən beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.
Ekspert hesab edir ki, bu səfər Ermənistanın Moskvanın simasında öz tarixi tərəfdaşına daha bir xəyanəti olmaqla yanaşı, həm də Rusiya ilə münasibətləri pisləşdirmək üçün görülən tədbirlərin davamıdır.
"İrəvan Qarabağı itirir və yeni xilaskarlara ehtiyac duyur. Ermənilər kömək gözləməyə yerlərinin olmadığını anlamırlar, xüsusilə NATO-dan. Digər tərəfdən, Qafqazdakı böyük müharibənin mümkün həqiqi maraqları ortaya çıxır. Eyni zamanda, mənim fikrimcə, NATO İrəvanın bu qədər tez məğlub olmağa başlayacağını düşünmürdü. Hesab edirəm ki, İrəvan mənəvi dəstəkdən başqa heç nə ala bilməyəcək".
Yevgeni Mixaylovun sözlərinə görə, Qərb müharibədə tam bir xaos olduğu yerə gəlməyi sevir. Hazırkı vəziyyətdə Azərbaycan 21-ci əsrdə döyüş səviyyəsini göstərir ki, NATO ölkələri buna hazır deyil: "Üstəlik, bu hərbi blokun lider ordusu Türkiyəyə məxsusdur, yəni İrəvanın güvənəcəyi bir şey yoxdur. Moskva bir daha ölkəsini tamamilə iflasa, Azərbaycanın şərtləri qarşısında təslimçiliyə aparan erməni quruluşunun ikiüzlülüyünə əmin oldu".