Sosial könüllülər Culfa rayonunda yaşayan tənha ahılları ziyarət ediblər

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Culfa rayonunda sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub.

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, könüllülər tənha ahıllara mövsümi hazırlıqlara uyğun geyim və ləvazimatlar təqdim edib, zəruri məişət avadanlıqlarının quraşdırılmasına kömək göstəriblər. Onlar ahıların evlərində təmizlik işlərinə də yardımçı olublar.

Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: