Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları nədən ibarətdir?

A- A A+

Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları Birləşmiş Millətlər Təşkilatının 1949-cu il 12 avqust tarixli "Döyüşən orduda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, "Hərbi əsirlərlə rəftar haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, BMT-nin 1954-ci il 14 may tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" Konvensiyası  ilə tənzimlənir. Azərbaycan Respublikası bu Konvensiyalara 21 aprel 1993-cü il tarixdə qoşulub.

Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları müharibə cinayətləri olaraq bütövlükdə sülh və insanlıq əleyhinə yönəlib.

Azərbaycan Respublikasının qoşulduğu bu beynəlxalq Konvensiyaların hansı müddəalarının, konkret olaraq hansı normalarının pozulmasının silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları pozma hesab edilməsinə nəzər salaq.

Bunlara mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə,  ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma, sülh məramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə, hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etmə, yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə, hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə, müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə, hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə, hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə, mədəni sərvəti qəsdən böyük həcmdə dağıtma və ya mənimsəmə, yaxud mədəni sərvətə münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə, mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə; mədəni sərvətin bilavasitə qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə, müvəqqəti barışıq haqqında və ya həlak olanların və yaralıların döyüş meydanından aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması barədə sazişi pozma, mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə, hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə, əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma, dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə,  hərbi əməliyyatlarda birbaşa iştirakını təqsirkar üçün aşkar surətdə dayandırmış, həmçinin silahı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və ya başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə, işğal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə, hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə, cinsi zorakılıqla əlaqədar hərəkətlər etmə və əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə, habelə prosessual hüquqlardan məhrum etmədir.

Bu kimi bəşəri cinayətlərin cəzalandırılması Azərbaycan Respublikasının cinayət qanunvericiliyində də təsbit olunub.

2020-ci il 27 sentyabr tarixdən başlayaraq Ermənistana qarşı aparılan əks-hücum əməliyyatları zamanı beynəlxalq hümanitar hüququn yuxarıda sadaladığımız bütün tələbləri təcavüzkar Ermənistan tərəfindən pozulub.

Bu bir tarixi həqiqətdir ki, terror, soyqırım törətmə, başqalarının torpağını işğal etmə, mədəni xalqların mədəniyyətini, incəsənətini, süfrəsindən oğurlamaq ermənilər üçün həyat tərzidir. Və bu gün biz  belə bir mənfur və şərəfsiz düşmənlə vuruşuruq. Humanitar atəşkəs elan olunmasına baxmayaraq Ermənistan tərəfindən mülki əhalimizə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı soyqırım aktı törədilir, cəbhədən uzaqda yerləşən kəndlərimiz və şəhərlərimiz intensiv və dağıdıcı atəşə məruz qalır, Qızıl Xaç fərqləndirici emblemləri olan heyətə və onların tibbi heyətinə atəş açılır, hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum edilir, dünyada qadağan edilmiş silahlardan istifadə edilir. Bütün bunlar Ermənistan üçün heç bir hüququn, o cümlədən beynəlxalq humanitar hüququn keçərsiz olduğunu göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi: "Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır. Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb".

Mövzuya birbaşa aidiyyəti olmasa da, fikirlərimizi haqq və hüquq, humanizm  tanımayan Ermənistan üçün böyük şair Aleksandr Sergeyeviç Puşkinin bu tarixi sözləri ilə bitirmək istəyirəm: "Sən oğrusan, sən qulsan, sən ermənisən." Bu poetik sözlərin müəllifi isə milliyətcə rusdur. Hər bir erməninin məkrli qəlbində Puşkinə qarşı kin, ədavət və nifrət bəslənilib. Çünki böyük şair, bəşəri ideyalara xidmət edən nadir şəxsiyyət bu nadan və xəyanətkar toplumun iç üzünü açan çox məşhur və dahiyanə fikrini söyləyib və bu, ermənilərin sifətinə elə bir ağır zərbə endirib ki, onlar bunu unuda bilmirlər. Halbuki Puşkin təkcə Rusiyanın, Qafqaz xalqlarının sevdiyi, oxuduğu, rəğbət bəslədiyi şair deyil, bəşəriyyətin böyük oğlu, dünya mədəniyyətinin mənəvi sərvətini zənginləşdirən düha sahibi olub.

                                   

                                Faiq Səfərov

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,

ədliyyə müşaviri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: