Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir - VİDEO
Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrində şəxsi heyət çatışmazlığını əks etdirən video paylaşılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin təqdim etdiyi həmin videoda açıq şəkildə göstərilir ki, Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir.
Bunu etməklə, Ermənistan bir çox beynəlxalq konvensiya və normaları - BMT-nin Uşaq Hüquqları Konvensiyası və UNICEF-in Paris Konvensiyasını - açıq şəkildə pozur.
Qeyd edək ki, Ermənistan KİV-lərdə ordunun, həmçinin, ərzaq, hərbi geyim, tibbi ləvazimatlar və s. təchizat növlərindən korluq çəkməsi ilə bağlı kifayət qədər materiallar dərc edilməkdədir.