Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda rəşadətlə döyüşür - VİDEO

A- A A+

Rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda qəhrəmancasına döyüşür, düşmənə sarsıdıcı zərbələr vurur. Əsgər və zabitlərimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etməkdən və Vətən uğrunda döyüşlərdə düşmənə ağır zərbələr vurmaqdan sonsuz iftixar hissi keçirirlər.

NUHÇIXAN İnformasiya Agentliyinin Müdafiə Nazirliyinə istinadla təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun zabiti hərbçilərimizin döyüş ruhunun və qələbə əzminin yüksək səviyyədə olmasını məhz bu sözlərlə ifadə edib.

İgid zabitimiz bildirib ki, Müzəffər Ali Baş Komandamızın vurğuladığı kimi, üçrəngli bayrağımız işğal olunmuş bütün torpaqlarımızda, şəhər və kəndlərimizdə dalğalanacaq. Yaşasın, Azərbaycan Ordusu! Yaşasın, Müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: