Azərbaycanın Gürcüstandakı səfiri ermənilərin terrorçuluq fəaliyyətlərini ifşa edib

A- A A+

Gürcüstanın “report.ge” və “m.geotimes.com.ge” informasiya portallarında Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevin məqaləsi dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rus, ingilis və gürcü dillərində dərc olunan məqalədə səfir Cənubi Qafqazda zorla və məqsədyönlü şəkildə məskunlaşdırılan ermənilərin pozuculuq fəaliyyəti, başqa dövlətlərin – Gürcüstan və Azərbaycanın torpaqlarını işğal etməsi cəhdlərini tarixi faktlarla ortaya qoyub. Hələ 1918-ci ildə erməni “strateqlərin” Gürcüstanı işğal etməsi, daşnak hökuməti üçün könüllü və maliyyə toplamaq məqsədilə başlatdığı kampaniya barədə məlumatlar oxucuların diqqətinə çatdırılıb.

Məqalədə ermənilərin Azərbaycan torpaqlarını işğal planı və tədricən bu planı hiyləgərcəsinə həyata keçirmə üsulları, zaman-zaman Qarabağda törətdikləri soyqırımı və digər qətliamlar, son günlər Azərbaycana qarşı həyata keçirilən hücum əməliyyatları, Azərbaycan bölgələrini ballistik raketlərdən atəşə tutması, raket atəşləri nəticəsində dinc insanların, qadın və uşaqların qətlə yetirilməsi barədə faktlar da əksini tapıb.

Ermənilərin Gürcüstanda və Azərbaycanda törətdikləri təxribatların bütün beynəlxalq qanunlara və prinsiplərə ziddi olduğu məqalədə qeyd olunub və beynəlxalq təşkilatlar tərəfindən terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistana qarşı sanksiyaların tətbiqinin vacibliyi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: