"Ermənistan Qarabağda hərbi fəlakətlə üzləşib" - Qərb mediası Azərbaycanın uğurlarından yazır

A- A A+

Müharibə hələ bitməyib, ancaq Ermənistanın Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəyi aydındır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “Eurasianet.org” portalında Maykl Kofman yazıb.

Müəllif dörd həftə ərzində Ermənistanın Dağlıq Qarabağda hərbi fəlakətlə üzləşdiyini qeyd edir.

Azərbaycan dronları və artilleriyası qarşı tərəfin qüvvələrini azaldır, işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur edir.

İtkilərinin yerini doldura bilməyən Ermənistan əhəmiyyətli ərazilərdən çıxmaq məcburiyyətindədir. 

“Azərbaycan son iki həftə ərzində Xankəndindən cənubda və İran sərhədi boyunca əhəmiyyətli əraziləri geri ala bilib. İndi Ermənistan qüvvələri Dağlıq Qarabağı Ermənistana birləşdirən Laçın dəhlizi artıq Azərbaycan artilleriyasının əhatə dairəsindədir. Azərbaycanın bir neçə günə bu rayonu da azad etməsi mümkündür. Bu yazı hazırlanarkən Ermənistan silahlıları Azərbaycan Ordusunun Laçına doğru irəliləməsinin qarşısını almağa çalışırdılar. Əməliyyatlar qızışdıqca döyüş xətti də tez-tez dəyişir”, – məqalədə deyilir.

Müəllif qeyd edir ki, artıq Ermənistan Azərbaycanın əldə etdiyi hərbi uğurların qarşısında heç nə edə bilməyəcək, inad etməklə qüvvələrini daha da mühasirəyə salacaq. Bakı artıq döyüş perfomansına söykənərək əhəmiyyətli siyasi qələbə qazandığını deyə bilər, amma irəliləməyi dayandırmaq niyyətində də deyil.

Yazıda Azərbaycanın silahlı dronlardan effektiv istifadə etməsindən, Ermənistan qüvvələrinin buna hazır olmamasından söz açılır.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan son bir ayda 150 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: