Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələsindədir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
ABŞ-ın bu məsələdə Rusiyadan daha çox iş görməsi sualına münasibət bildirən D.Peskov bildirib ki, münaqişə hansısa rəqabət üçün məkan ola bilməz:
“Əlbəttə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi müharibəni dayandırmağa kömək edən bütün addımları alqışlayır”.