Bu, həmin sərxoş tonoyandır?- Azərbaycan əsgəri bir zamanlar “xoruzlanan” nazirin “pipiyi”ni dağıdıb! - FOTOLAR

A- A A+

Ermənistan tərəfinin yaydığı erməni əsgərlərilə müdafiə nazirinin görüşünü əks etdirən son fotoları heç bir şərh vermədən, sadəcə olduğu kimi paylaşmaq kifayətdir ki, içğalçı ordunun hansı miskin durumda olduğu bir daha aydın olsun. 

Çünki Ermənistan Müdafiə Nazirliyinin hansı ağılla yaydığı bilinməyən, sonradan isə sildiyi bu fotolar ümumilikdə bütün erməni cəmiyyətinin ruh halının ən obyektiv mənzərəsini əks etdirir.

Bu fotolardakı Tonoyanın və onun əsgərlərinin oturduqları yerin vəziyyəti, onların “süfrəsi”, az qala çörəyə və suya möhtac qalmaları bir tərəfə, bu “Böyük Ermənistan” xülyasının xəstə girovlarına çevrilmiş individlərin sifətlərindəki ümidsizliyə, düşkün, miskin, məğlub görkəmə fikir verin. 

Budurmu gecə-gündüz göylərə qaldırdıqları, barəsində havaya rəvayətlər pilədikləri “döyüşkən erməni xalqı”? Budurmu Tonoyanın ötən il çərənlədiyi “yeni ərazilərin işğalı üçün yeni müharibə edəcəyik” “ideyasını” həyata keçirəcək Ermənistan ordusu?

Bu şəkillərin birində Tonoyan erməniləri ölümə göndərməzdən əvvəl onlara son dəfə “yemək-içmək” verir. Bu “yemək-içməyin” nədən ibarət olduğu göz önündədir və açılan “süfrə” qətiyyən ötən il Şuşada qeyd etdikləri “bayram”dakı vur-çatlasını xatırlatmır. Burada oturanların əhvalları, sir-sifəti də elə “süfrə”yə uyğundur. Hamısının üzündən düşkünlük, tükənmişlik, ümidsizlik, məğlubiyyətin gətirdiyi qorxu və kədər yağır.

 

İndi ömürlərinin bitməsinə sayılı günlər, saatlar qalan bu “əsgərlər” ürəklərində Tonoyanın da, Paşinyanın da, Köçəryanın da, “erməni milli ideyasını” fikirləşən və onu yayanın da, “böyük Ermənistan” xülyası yaradanın da var-yoxuna söyür, Azərbaycanın bunların başına ələdikləri odun mümkün qədər tez bitməsini arzulayırlar.

Elə Tonoyanın da maskayla örtdüyü mənfur sir-sifəti mahiyyət və görünüş etibarilə həmin “əsgərlər”dən fərqlənmir. Düşünürsən ki, görəsən bu, ötən il yeni torpaqların işğalından dəm vuran, Şuşada yallı gedən, ədabaz pozlar verən, özündən və dılğır ordusundan ağzı köpüklənə-köpüklənə danışan həmin harınlamış, qudurmuş Tonoyandır?

Bəli, odur, amma artıq başqa görkəmdə və “poza”da! İndi bunun başına yığdığı “müzəffər ordu”su isə özü də daxil omaqla təpəsinə daş dəyən və zingilliyə-zingilliyə qaçan çaqqal sürüsüdür.

Budur, kimlərəsə arxayın olub Azərbaycanın, xalqımızın, onun ordusunun üstünə xoruzlanmağın sonu. Bizim məşhur “Xoruz” şeiri “ay pipiyi qan xoruz” deyə başlayır.

Ancaq başbiləni Paşinyanla birgə Azərbaycanın üstünə xoruzlanan müdafiə nazirinin pipiyini Azərbaycan əsgəri necə dağıdıbsa, qanına qəltan edibsə, artıq Tonoyanda və onun baş nazirində nə “xoruzluq” qalıb, nə də pipikÖzü də artıq həmin şeirdəki xoruz kimi nə qədər qışqırıb-banlasalar da xeyri yoxdur...

 

Cəlal Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: