Erməni əsgərlər aclıq içərisində - VİDEO
Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.
Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:
"Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də başqa bir vilayətlərdən (çəkərək göstərir). Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə (söyüş söyür) deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə. Hələ baxın (yeri çəkir).
Göründüyü kimi, Azərbaycan Ordusunun qüdrəti qarşısında pərən-pərən düşən erməni hərbçiləri bu cür acınacaqlı duruma düşüblər.
Bu videonu Ermənistan İqtisad Universitetinin işçisi Lusiye Qevorqyan paylaşaraq yazıb:
“Azərbaycanlılara ehtiyac yoxdur, içimizdəki düşmənlər bizə genosid edir. Azərbaycanlılar bizim halımıza baxıb məzələnirlər. Videoda əsgər deyir ki, düz iki gündür acıq. Bu videonu aidiyyəti qurumlara göndərib sonra yayın. Düşmən sizin kimi döyüş meydanında nələrin baş verdiyini bilməyəcək qədər sadəlövh deyil. Ordumuz hər gün torpaqları təhvil verir, qoyunlarımız isə hələ də xain Paşinyana dözürlər.”