Türkiyənin Elazığ bölgəsində Azərbaycan qəhrəmanlarına məktub aksiyası təşkil ediləcək

A- A A+

Türkiyənin Elazığ bölgəsində Azərbaycan Ordusuna möhtəşəm dəstək aksiyası keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 27-də Elazığ Müəllimlər Evinin qarşısındakı meydanda “Elazığdan Qarabağda dastan yazan qəhrəmanlarımıza məktub” aksiyasına start veriləcək. Türkiyəli qardaşlarımız, eləcə də bu ölkədə təhsil alan və çalışan soydaşlarımız səmimi ürək sözləri ilə Müzəffər Ordumuzun sıralarını şərəfləndirən qəhrəman igidlərə mənəvi dəstəklərini ifadə edəcəklər.

Aksiya bölgədə fəaliyyət göstərən Azərbaycan Gənclər və Tələbələr Mədəniyyət Birliyinin və Elazığ bələdiyyəsinin dəstəyi ilə gerçəkləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: