Ermənistanın Baş Naziri Nikol Paşinyan yenə öz xasiyyətindən əl çəkmir. Qoşunlarını işğal etdikləri torpaqlarımızdan çəkmək əvəzinə, üçüncü qüvvələri problemə cəlb etməyə çalışan Paşinyan bu dəfə Donald Trampı narahat edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir sosial media hesabında ABŞ liderinin adını işarələyərək şikayət edib:
“Bildirmək istərdim ki, beynəlxalq birliyin bu dəfə ABŞ-ın vasitəçiliyi ilə atəşkəs yaratmaq səyləri boşa çıxdı”.
Anlaşılan qədər, Paşinyan etiraf edir ki, daha bir humanitar atəşkəs razılaşması iflasa uğradı.