Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının qərargah rəisi, "Ermənistan və Artsax"ın "milli qəhrəmanı", polkovnik Sergey Şakaryan məhv edilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onun ölməyini erməni "Telegram" mənbələri də təsdiqləyirlər.
17 yaşından Birinci Qarabağ müharibəsində Füzulidə və Xocavənd istiqamətində gedən döyüşlər zamanı Şakaryan təxribat-diversiya aksiyalarını həyata keçirib, dinc əhaliyə qarşı terrorların törədilməsində aktivliyi ilə seçilib.