Ermənistanın Milli Demokratik Birlik Partiyasının sədri Vazgen Manukyan ölkənin baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı partiyanın rəsmi səhifəsində yazılıb.
"Bu hökumət istefaya getməli və bütün gücü orduya təhvil verməlidir",- deyə edilən çağırışda bildirilir ki, sadəcə Qarabağ deyil, Ermənistanın dövlətçilik maraqları da təhlükədədir. Manukyan hətta xam xəyallara qapılaraq, ölkəsinin çıxılmaz vəziyyətinin düzələcəyinə də ümid etdiyini bildirib: "Vəziyyəti düzəldə bilərik, amma mövcud hakimiyyətlə deyil".