Separatçıların “müdafiə naziri”nin məhv edilməsinin görüntüləri yayılıb - VİDEO
Qarabağdakı separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın zərərsizləşdirilmə görüntüləri yayılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüntüdə “nazirin” yaralandığı yox, öldüyü görünür.
Qeyd edək ki, “Dağlıq Qarabağ respublikası”nın başçısı Araik Arutyunyan “nazirin” yüngül yaralandığını bildirmişdi.