“Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, - o qeyd edib.