Hikmət Hacıyev: Ermənistanın həyata keçirdiyi etnik və mədəni təmizləmə müharibə cinayətləridir, insanlıq əleyhinə addımlardır

A- A A+

Ermənistanın işğalçılıq siyasətinin məqsədlərindən biri də qəsdən Azərbaycan xalqının milli irsinin dağıdılmasıdır. Buna etnik və mədəni təmizləmə demək olar. Bunlar müharibə cinayətləridir və insanlıq əleyhinə atılan addımlardır. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən mədəni soyqırımı Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, dünya mədəniyyəti abidələrinə qarşı edilən hücumlardır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, beynəlxalq humanitar hüquqda birmənalı olaraq silahlı münaqişələr zamanı mədəni irsin qorunması ilə bağlı konkret müddəalar var və Ermənistan tərəfindən bu müddəaların pozulmasının da şahidi oluruq. Ermənistan “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il tarixli Konvensiyanı və ona əlavə edilmiş Protokolu, digər müvafiq sənədləri kobud şəkildə pozur. Ümumiyyətlə, biz Ermənistan tərəfindən vandalizm hərəkətlərini görürük. Bununla yanaşı, Ermənistan tərəfindən insan hüquqlarının pozulmasını da müşahidə edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: