“Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı: 20 nəfər həlak olub. Onların hamısı günahsız dinc sakinlər idi”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Smerç” kaset raketləri istifadə olunub. “Human Right Watch” və “Amnesty International”ı Ermənistanın bu cür cinayətlərini yerindəcə incələməyə dəvət edirik”, - o vurğulayıb.