Prezident İlham Əliyev: Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə artıq nizamlamaya cəlb olunub

A- A A+

Nizamlamada Türkiyənin səmərəli rolunu görürük. Türkiyə bizə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində münaqişənin nizamlanmasında Türkiyənin rolundan danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür. Mənim bildiyimə görə bu da, hamıya komanda verməyə adət edənləri çox qıcıqlandırır. Türkiyə bizim etibarlı tərəfdaşımız, Azərbaycanın dostu, həm də Rusiya ilə çox sıx münasibətləri olan ölkə kimi, zənnimcə, hökmən mühüm rol oynayacaq. O, artıq indi həmin rolu oynayır. Rusiya və Türkiyə prezidentləri, bu ölkələrin Xarici İşlər nazirləri, Müdafiə nazirləri daim əlaqə saxlayırlar, bu məsələləri müzakirə edirlər. Bu, onu göstərir ki, Türkiyə artıq cəlb olunub, Ermənistanın nə qədər xoşuna gəlməsə də. Lakin mən əminəm, Ermənistan bunu etiraf etməyə və bununla razılaşmağa məcbur olacaq”.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: