Türkiyə Cümhuriyyət Bayramı sevincini Azərbaycanla bölüşür - FOTOLAR

A- A A+

Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə ölkənin İzmir vilayətinin Aliağa rayonunun ən işlək küçə və prospektləri, dövlət binaları Azərbaycan və Türkiyə bayraqları ilə bəzənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Aliağa Bələdiyyəsinin, Gənclik Mərkəzinin binalarından iri Türkiyə və Azərbaycan bayraqları, həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün şəkilləri asılıb.

Bununla bağlı bələdiyyədən verilən məlumatda deyilir: “Türkiyə Respublikasının yaranmasının 97-ci ildönümü sevincini Azərbaycan ilə bölüşməmizin əsas səbəbi işğal altındakı torpaqlarını azad edən və Ermənistanın hücumlarına qarşı mübarizə aparan qardaş ölkəyə öz dəstəyimizi ifadə etmək, “bir millət, iki dövlət” olduğumuzu bir daha dünyaya nümayiş etdirməkdir”.

Təşəbbüs Aliağada yaşayan vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: