Ermənistanın növbəti müharibə cinayəti Misir mətbuatında

A- A A+

Misirin “Cairo24” və “Aldiplomasy” portalları, həmçinin “Asiaelyoum” informasiya agentliyi oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə yenidən raket hücumu etməsi və mülki insanların qətlə yetirilməsi barədə xəbərlər yayıblar.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, yayılan xəbərlərdə qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun ermənilərin növbəti müharibə cinayəti ilə əlaqədar yaydığı məlumatda Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 21 nəfərin həlak olduğu, 70-ə yaxın şəxsin yaralandığı bildirilib. Həmçinin şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xəbərlərdə vurğulanır ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinləri və mülki obyektləri hədəf alır. Azərbaycan Ordusu isə düşmənin bu vəhşiliyinin cavabını cəbhədə qazandığı qələbələrlə verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: